
Bakı. Trend:
Portuqaliyalı futbolçu Joao Feliks karyerasını Səudiyyə
Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirəcək.
Trend xəbər verir
ki, Kriştiano Ronaldonun çıxış etdiyi Ər-Riyad təmsilçisi “Çelsi”
ilə Feliksin transferi barədə razılığa gəlib.
İlkin transfer məbləği 30 milyon avro təşkil edir. Bonuslar və
futbolçunun gələcək satışından pay nəzərə alınmaqla, ümumi məbləğin
50 milyon avroya çatacağı gözlənilir.
Məlumata görə, Feliks “Əl-Nəsr”lə 2027-ci ilin iyununa qədər
qüvvədə olacaq 2 illik müqavilə imzalayacaq.