“Real Madrid” Fran Qarsiyanı A Seriyasına buraxmaq niyyətində deyil

İdman

Bakı. Trend:

“Real Madrid” 25 yaşlı müdafiəçisi Fran Qarsiyanı A Seriya
təmsilçilərinə transfer etməyi planlaşdırmır.

Trend xəbər verir
ki, İtaliyanın “Milan” klubu futbolçunun transferi ilə maraqlanıb
və onunla yolların ayrılmasının mümkün olub-olmadığını Madrid
klubundan sorğulayıb. Lakin “Real” rəhbərliyi Qarsiyanı heyətdə
saxlamaq qərarına gəlib.




Bu qərarın əsas səbəblərindən biri komandanın digər sol cinah
müdafiəçisi Ferlan Mendinin fiziki durumuna dair davam edən
narahatlıqlardır.

Qeyd edək ki, “Milan” Qarsiyanı “Əl-Hilal”a transfer olunan Teo
Ernandesin əvəzi kimi görürdü. Lakin daha sonra İtaliya klubu bu
mövqeyə Pervis Estupinyanı transfer edib.

Spread the love