
Bakı. Trend:
Azərbaycan milli komandasının dünya çempionatının seçmə
mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev
oyunlarının yeri müəyyənləşib.
Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə
görüş noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə qarşılaşma isə
noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil
olunacaq.
Qeyd edilib ki, Hər iki matç saat 21:00-da başlanacaq.