Bakıda batut gimnastikası üzrə təlim-məşq toplanışı keçirilir (FOTO)

İdman

Bakı. Trend:

28 iyul-1 avqust tarixlərində Milli Gimnastika Arenasında Avropa
Gimnastikasının batut gimnastikası üzrə təlim-məşq toplanışı
keçirilir.

Trend xəbər
verir ki, təlim-məşqlərdə Azərbaycan, İtaliya, Çexiya, Danimarka və
İsveçdən 100-ə yaxın gimnast və ekspert iştirak edir.

Bu təlim-məşqlərin əsas məqsədi gimnastların fiziki gücünün daha
da artırılması, texniki bacarıqlarının təkmilləşdirilməsi və
beynəlxalq arenada çıxış səviyyələrinin yüksəldilməsidir.




Toplanış zamanı gimnastlara müxtəlif çətinlik dərəcəli
elementlərin yerinə yetirilməsi, proqramların stabilliyi və sinxron
hərəkətlərin koordinasiyası üzrə təlimlər keçirilir.

Təlim-məşqlər, həmçinin, təcrübə mübadiləsi üçün əla fürsət
yaradaraq müxtəlif ölkələrdən olan mütəxəssislər arasında
əməkdaşlığın inkişafına da töhfə verir.

FOTO: Çingiz Abdullayev

Spread the love