
Bakı. Trend:
“Qarabağ”dan ayrılan Rüstəm Əhmədzadənin yeni klubu
müəyyənləşib.
Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin üzvü “Sumqayıt”a keçib.
24 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti barədə
hələlik məlumat verilməyib.
Qeyd edək ki, Rüstəm Əhmədzadə son 3 mövsümü icarə əsasında “Zirə”də keçirib.