Azərbaycanın ağırlıqqaldıranı Avropa birinciliyində iki medal qazanıb

İdman

Bakı. Trend:

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və
yeniyetmələrin Avropa birinciliyi davam edir.

Trend-in
məlumatına görə, bu gün atletlərimizdən Lətif Əliyev U-15
kateqoriyasında mübarizəyə qoşulub. 71 kiloqram çəki dərəcəsində
yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 108 kiloqram nəticə
göstərərək qızıl medala sahib olub.




Lətif təkanla qaldırma hərəkətində 129 kiloqram çəkini başı
üzərinə qaldırıb. Beləliklə, iki hərəkətin cəmində 237 kiloqram
nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını
qazanıb.