“Turan Tovuz”dan ayrılan futbolçu “Səbail”ə keçib

İdman

Bakı. Trend:

Yeni mövsümdən Azərbaycan I Liqasında mübarizə aparacaq “Səbail”
heyətinə yeni futbolçu cəlb edib.

Trend xəbər verir ki, bu
barədə klub məlumat yayıb.




Məlumata görə, Bakı təmsilçisi “Turan Tovuz”da çıxış etmiş Sadiq
Quliyevlə anlaşıb.

30 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.