Azərbaycanın dörd boksçusu Almaniyadakı turnirdə çıxış edəcək

İdman

Bakı. Trend:

İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular
(U-19) arasında “Brandenburq Kuboku” start götürəcək.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 4 gün davam
edəcək beynəlxalq turnirə milli komandamız 4 idmançı ilə
yollanıb.




Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda
Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hümbətov (55 kiloqram),
Sübhan Babayev (60 kiloqram) və Məhəmməd Cəfərova (+90 kiloqram)
şans verəcək.

Yarışda Azərbaycanı hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Spread the love