
Bakı. Trend:
“Sumqayıt” yeni transferini açıqlayıb.
Klubdan Trend-ə
verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi Serbiyanın U-21
millisində çıxış etmiş hücuma meyilli yarımmüdafiəçi Nikola
Ninkoviçi sıralarına cəlb edib.
30 yaşlı oyunçu karyerası ərzində İtaliyada “Cenoa”, “Kyevo”, “Empoli”, “Askoli” və “Breşia” klublarının formasını geyinib. Onun
sonuncu iş yeri ölkəsinin “Tekstilaç” klubu olub.

