
Bakı. Trend:
“Mançester Siti” Ceyms Traffordu transfer edib.
Trend xəbər verir ki, klubun
mətbuat xidmətinin yaydığı məlumata görə, “şəhərlilər” “Börnli”nin
qapıçısının keçidini rəsmi şəkildə elan ediblər. Futbolçu ilə
2030-cu ilə qədər müqavilə imzalanıb.
Transferin məbləği 27 milyon funt sterlinq təşkil edir. Trafford
“Mançester Siti”nin yetirməsidir. O, klubun akademiya sistemində
2015–2023-cü illər arasında çıxış edib.
Ötən mövsüm Çempionşipdə o, 45 oyun keçirib və cəmi 16 qol
buraxıb.