
Bakı.Trend:
“Neftçi” daha bir transferini həyata keçirib.
Trend xəbər
verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Lüksemburq millisinin futbolçusu Alessio Kurçi heyətə cəlb
edilib. 23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin
sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli
komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.