Azərbaycanlı hakim PSJ – “Tottenhem” oyununa təyinat alıb

İdman

Bakı. Trend:

FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.

Bildirilib ki, O, UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem”
(İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.




Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.

Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən
“Fruili” stadionunda keçiriləcək.