Yunan-Roma güləşçilərimiz U-17 dünya çempionatını bir dəst medalla başa vurublar (FOTO)

İdman

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında
dünya çempionatı davam edir.

Trend xəbər verir
ki, yunan-Roma güləşi üzrə yarışlar başa çatıb. Bu gün 3 güləşçimiz
medal uğrunda mübarizə aparıb.

45 kq çəki dərəcəsində Abdurrahman Hüseynli bürünc medal uğrunda
qarşılaşmada Ukrayna təmsilçisi Timur Məhərrəmova 9:0 hesabı ilə
qalib gələrək fəxri kürsüyə yüksəlib.




51 kq-da Hikmət Haqverdiyev finalda özbəkistanlı Otabek
Tursunova 1:4 hesabı ilə məğlub olub və gümüş medalla
kifayətlənib.

60 kq çəki dərəcəsində isə Əli Nəzərov dünya çempionu olub. O,
finalda Qırğızıstan idmançısı Amangəldi Ysankbayevi 6:1 hesabı ilə
məğlub edib.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz dünya çempionatını bir
qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar.