
Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab
oyunu çərçivəsində “Qarabağ” İrlandiyanın “Şelburn” klubunu qəbul
edib.
Trend-in
məlumatına görə, səfərdə 3:0 hesablı qələbə qazanan Ağdam
təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən
görüşdə də üstünlüyünü qoruyub və 1:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmanın yeganə qolu fasiləyə yaxın rəqib komandanın avtoqolu
ilə qeydə alınıb.
İkinci hissədə Kadi penalti vurmaq şansı qazansa da, bu fürsəti
qaçırıb. Bununla belə, “Qarabağ” iki oyunun nəticəsinə əsasən
növbəti mərhələyə adlayıb.
XXX
18:58
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ”la İrlandiyanın “Şelburn” komandası arasında keçiriləcək
cavab oyunu üçün start heyətləri açıqlanıb.
Trend UEFA-nın
rəsmi saytına istinadən xəbər verir ki, komandalar saat 20:00-da
Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matçda
meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul
Mustafazadə, 81. Kevin Medina, 44 Elvin Cəfərquliyev, 20. Kadi
Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir
(k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
“Şelburn”: 13. Vessel Spil, 4. Kameron Ledvic, 18. Ceyms Norris,
15. Samuel Boun, 24. Lyuis Templ, 5. Ellis Çapman, 8. Mark Koyl,
17. Daniel Kelli, 10. Con Martin, 23. Kerr Makinroy, 11. Ademipo
Odubeko
Baş məşqçi: Cozef Obrayn
Qeyd edək ki, komandalar arasında ilk oyun “Qarabağ”ın 3:0
hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu rəqibini mübarizədən
kənarlaşdıracağı halda, III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.