Jül Kunde “Barselona” ilə müqaviləsini 2030-cu ilə qədər uzadacaq

İdman

Bakı. Trend:

Fransalı müdafiəçi Jül Kunde “Barselona” ilə yeni müqavilə
imzalayacağını açıqlayıb.

Trend-in məlumatına görə, müqavilənin 2030-cu ilə qədər
uzadılması üçün danışıqlar artıq başa çatıb.




“Müqavilənin uzadılması üçün hər şey hazırdır. Danışıqlar
sürətli və müsbət keçdi. Klubla əməkdaşlığı davam etdirmək
istəyimiz qarşılıqlıdır. Getmək fikrim olmayıb”, – deyə futbolçu
bildirib.

Qeyd edək ki, Kundenin “Barselona” ilə hazırkı müqaviləsi
2027-ci ilin yayına qədər qüvvədədir.

Spread the love