“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi “Şkendiya” oldu

İdman

Bakı. Trend:

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının III
təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə
qarşılaşacaq.

Trend-in
məlumatına görə, “Şkendiya” II təsnifat mərhələsində güclü rəqibi –
Rumıniya təmsilçisi FCSB-ni hər iki oyunda məğlub edərək (1:0, 2:1)
böyük sürprizə imza atıb. Şimali Makedoniya çempionu turnirə I
mərhələdən start verib və Uelsin TNS komandası üzərində əlavə
vaxtda qələbə qazanaraq (0:0, 2:1) növbəti mərhələyə yüksəlib.




III təsnifat mərhələsinin ilk oyunu avqustun 5-6-da Şimali
Makedoniyada keçiriləcək. Cavab görüşü isə avqustun 12-də Bakıda
baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində İrlandiyanın
“Şelburn” klubunu iki oyunun nəticəsinə görə məğlub edib – 3:0
səfərdə, 1:0 evdə.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir