UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri məlum oldu

İdman

Bakı. Trend:

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə
aparacaq bütün komandalar və cütlüklər müəyyənləşib. Bu mərhələdə
ümumilikdə 10 oyun keçiriləcək.

Trend-in
məlumatına görə, çempionluq yolu üzrə 6 cütdə, liqa yolu üzrə isə 4
cütdə qaliblər müəyyənləşəcək. çempionluq yolunda ölkələrinin
çempionları qarşılaşacaq, liqa yolunda isə yüksək yer tutan, lakin
çempion olmayan komandalar mübarizə aparacaq.

III təsnifat mərhələsinin cütlükləri
Çempionluq Yolu
“Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan)

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)

“Kayrat” (Qazaxıstan) – “Slovan” (Sloveniya)

“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)

“Dinamo” (Kiyev, Ukrayna) – “Pafos” (Kipr)




“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

Liqa Yolu
“Zaltsburq” (Avstriya) – “Brügge” (Belçika)

“Reyncers” (Şotlandiya) – “Viktoriya Plzen” (Çexiya)

“Nitsa” (Fransa) – “Benfika” (Portuqaliya)

“Feyenord” (Niderland) – “Fənərbaxça” (Türkiyə)

Qeyd edək ki, mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab
oyunları isə ayın 12-də keçiriləcək.

Spread the love