Nelson Semedo “Fənərbağça”da

İdman

Bakı. Trend:

İngiltərənin “Vulverhempton” klubunun və Portuqaliya millisinin
sağ cinah müdafiəçisi Nelson Semedo karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.

Trend-in
məlumatına görə, bu barədə tanınmış futbol insayderi Fabritsio
Romano məlumat yayıb. Onun sözlərinə görə, portuqaliyalı
futbolçunun olduğu təyyarə artıq İstanbula yola düşüb.




Romano həmçinin qeyd edib ki, transferin reallaşmasında “Fənərbağça”nın idman direktoru Devin Özek mühüm rol oynayıb. O,
daha əvvəl PSJ-dən Milan Şkrinyarın transferi prosesində də əsas
fiqurlardan biri olmuşdu.

Qeyd edək ki, Nelson Semedo daha əvvəl “Benfika”, “Barselona” və “Vulverhempton” kimi klublarda çıxış edib və Portuqaliya millisində
də forma geyinib.