
Bakı. Trend:
İbrahima Vadji “Turan Tovuz”a transfer edilib.
Bu barədə Trend-ə klubun Mətbuat xidmətindən məlumat
verilib.
Məlumata görə, hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Son olaraq Fransa təmsilçisi “Sent-Etyen”də çıxış edən 30 yaşlı
seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”,
Norveçdə “Molde” və “Hauqesund”, ölkəmizdə isə “Qarabağ”ın
formasını geyinib.