Messi rəqib futbolçunu şillələyib

İdman

Bakı. Trend:

Amerikanın “İnter Mayami” futbol klubunun hücumçusu Lionel Messi
Liqalar kubokunun birinci turu çərçivəsində Meksikanın “Atlas”
klubuna qarşı keçirilən matçda rəqib komandanın oyunçusu Serxio
Ernandesi şillələyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, oyun zaman oyunçular arasında mübahisə düşüb.
Argentinalı ulduz futbolçu meksikalı oyunçuya yaxınlaşaraq onunla
yüksək tonda danışmağa başlayıb və daha sonra özündən çıxaraq ona
yüngül şillə vurub. Maraqlıdır ki, oyunun hakimi buna heç bir
reaksiya göstərməyib.

Qeyd edək ki, matç “İnter”in 2:1 heablı qələbəsi ilə yekunlaşıb.
Messinin aktivinə iki məhsuldar ötürmə yazılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir