
Bakı. Trend:
Azərbaycan güləşçiləri bu il keçirilən Avropa çempionatlarında
yüksək nəticələrə imza atıblar.
Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, onlar müxtəlif yaş
qrupları üzrə qitə çempionatlarında ümumilikdə 73 medal
qazanıblar.
Həmin yarışlarda 22 dəfə Azərbaycan Himni səsləndirilib. 21
güləşçimiz gümüş, 30-u isə bürünc mükafata sahib çıxıb.
Sərbəst güləşçilər Avropa çempionatlarında 8 qızıl, 12 gümüş və
13 bürünc medal qazanıblar. Yunan-Roma güləşində təmsilçilərimiz 8
dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, 8 dəfə ikinci, 11
dəfə isə üçüncü yerlə kifayətləniblər. Qadın güləşçilər 4 qızıl, 1
gümüş və 5 bürünc medalla yadda qalıblar. Çimərlik güləşində isə 2
qızıl və 1 bürünc mükafat əldə olunub.