
Bakı. Trend:
“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Klubdan Trend-ə
verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi beninli cinah
oyunçusu Abdul Raşid Mumini ilə 3 illik müqavilə imzalayıb.
20 yaşlı futbolçu yeni komandasında “25” nömrəli formada çıxış
edəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər heyətini Pedro Pinto, Aleksa
Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji,
Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.

