“Qarabağ” UEFA reytinqində irəlilədi

İdman

Bakı. Trend:

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir
qədər də gücləndirib.

Trend-in
xəbərinə görə, bu, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının
2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə hər
iki matçdakı qələbəsi (1:0, ilk oyunda 3:0) sayəsində mümkün
olub.

Qurban Qurbanovun komandası bu uğur sayəsində ÇL-də 3-cü raunda
vəsiqə qazanıb.




Ağdam təmsilçisi bu oyunlardakı qələbələrə görə UEFA reytinqində
4 pillə irəliləyərək 65-ci yerə qalxıb. Azərbaycan çempionu 2024/25
mövsümünü reytinqində 69-cu yerdə başa vurmuşdu.

Reytinq son 5 mövsümün nəticəsinə əsasən hazırlanır.

Xatırladaq ki, “Qarabağ”ın dünən “Şelburn” üzərindəki
qələbəsindən sonra Azərbaycan da UEFA reytinqində 29-cu yerdən
28-ci pilləyə yüksəlib.