Konfrans Liqası: “Sabah” III təsnifat mərhələsinə yüksəlib

İdman

Bakı. Trend:

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda
“Sabah”la Moldovanın “Petrokub” komandası arasında keçirilən cavab
oyunu başa çatıb.

Trend-in
məlumatına görə, “Bank Respublika Arena”da təşkil edilən görüş
təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sabah”ın heyətində qolları Coy Lens Mikels ( 3 qol) və Pavol
Şafranko vurublar.




İlk oyunda da “Petrokub”u 2:0 hesabı ilə üstələyən Azərbaycan
Kubokunun son qalibi adını III təsnifat mərhələsinə yazdırıb.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, “Sabah” növbəti raundda “Levski” (Bolqarıstan) –
“Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.