
Bakı. Trend:
“Araz-Naxçıvan” ilə Yunanıstanın “Aris” komandası arasında UEFA
Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşü
keçirilib.
Trend-in
məlumatına görə, Salonikidə baş tutan qarşılaşmada Elmar Baxşıyevin
rəhbərlik etdiyi kollektiv üstün oyun sərgiləyib. İlk görüşdə
Bakıda 2:1 hesabı ilə qalib gələn komandamız cavab oyununda bu
üstünlüyü qorumağa çalışıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Beləliklə, “Araz-Naxçıvan” növbəti mərhələyə vəsiqə qazanıb.