
Bakı. Trend:
Türkiyənin “Qalatasaray” futbol klubu “Napoli”dən Viktor
Osimhenin transfer etdiyini rəsmi açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti
bildirib.
Bildirilib ki, bu çərçivədə “Qalatasaray” “Napoli”yə 75 milyon
avro ödəyəcək.
Bundan əlavə, müqavilənin bir hissəsi olaraq, oyunçunun sonrakı
satışından əldə edilən gəlirin 10 faizi “Napoli”yə ödəniləcək.
Futbolçu ilə 2025-2026 mövsümündən qüvvədə olan 4 illik müqavilə
imzalanıb.