“Zirə” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

İdman

Bakı. Trend:

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab
qarşılaşmasında səfərdə Xorvatiyanın “Hayduk” klubu ilə üz-üzə
gəlib.

Trend-in
məlumatına görə, təmsilçimiz mərhələni keçmək məqsədində idi.




Bakıda baş tutan ilk oyunda olduğu kimi, cavab matçında da
bərabərlik qeydə alınıb. “Zirə” güclü rəqib qarşısında son
dəqiqələrdə – 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən yayına
bilib. Lakin komandamız 77-ci dəqiqədən etibarən azlıqda qaldığı
üçün əlavə vaxtda üstünlük əldə etməkdə çətinlik çəkib. Nəticədə, “Hayduk” əlavə vaxtda vurduğu qolla mərhələni keçən tərəf olub.

Beləliklə, “Zirə” turnirdə mübarizəni erkən başa vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir