Klublarımızın Konfrans Liqasındakı oyunlarının vaxtı məlum olub

İdman

Bakı.Trend:

Azərbaycan klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifat
mərhələsində keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.




“Araz-Naxçıvan”ın avqustun 7-də Bakıda “Omoniya” (Kipr) ilə
oyunu saat 20:00-da başlayacaq. Avqustun 14-də keçiriləcək səfər
matçı isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

“Sabah”ın Bolqarıstanda “Levski” (Sofiya) ilə avqustun 7-də
keçirəcəyi görüş Bakı vaxtı ilə saat 22:00-da, avqustun 14-də
Bakıdakı cavab görüşü isə saat 20:00-da başlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir