
Bakı. Trend:
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Trend xəbər
verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsi
çərçivəsində keçiriləcək RFS (Latviya) – “KuPS Kuopio” (Finlandiya)
oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü
hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Maykl
Selisberi VAR, digər referimiz İnqilab Məmmədov isə AVAR kimi
fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 7-də Riqa şəhərində yerləşən “LNK Sporta
Parks” stadionunda keçiriləcək.