Konfrans Liqasında komandalarımızın potensial rəqibləri

İdman

Bakı. Trend:

Avqustun 4-də Nyonda (İsveçrə) Konfrans Liqasının təsnifat
mərhələsinin pley-off oyunlarının püşkatma mərasimi
keçiriləcək.

Trend xəbər
verir ki, “Araz-Naxçıvan” və “Sabah” klubları da potensial
rəqiblərini tanıyacaq.

“Sabah” 3-cü təsnifat mərhələsində Bolqarıstanın
“Levski”(Sofiya), “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” klubu ilə
üz-üzə gələcək.

Püşkatma mərasimində Elmar Baxşıyevin komandası səpələnmişlə,
Valdas Dambrauskasın komandası isə səpələnməmişlər sırasında yer
alacaq.




“Araz-Naxçıvan”ın potensial rəqibləri aşağıdakı klublardır:
“Larne” (Şimali İrlandiya) – “Santa Klara” (Portuqaliya),
“Lozanna-Sport” (İsveçrə) – “Astana” (Qazaxıstan), “Klaksvik”
(Farer adaları) – “Neman” (Belarus), “Vikinqur” İslandiya) –
“Bröndbü”(Danimarka), “Hayduk” (Xorvatiya) – “Dinamo Siti”
(Albaniya), “Riqa” (Latviya) – “Beytar” (Yerusəlim, İsrail), Aris
(Kipr) – AEK (Yunanıstan), “Banik” (Çexiya) – “Austriya”
(Avstriya), “Universitatya” (Krayova, Rumıniya) – Spartak
(Slovakiya), “Rusenborq”(Norveç) – “Hammarbü”(İsveç), AİK(İsveç) –
“Dyör” (Macarıstan), “Kauno Jalgris” (Litva) – “Arda”
(Bolqarıstan), “Polessye” (Ukrayna) – “Pakşi” (Macarıstan).

Eləcə də Avropa Liqasının 3-cü turunun məğlubları
“Araz-Naxçıvan”ın potensial rəqibi olacaq: “Servette” (İsveçrə) –
“Utrext” (Niderland), PAOK(Yunanıstan) – “Volfsberger”(Avstriya),
“Fredrikstad” (Norveç) – “Midtyulland” (Danimarka), AEK (Kipr) –
“Legia” (Polşa) və “Hakken” (İsveç) – “Brann” (Norveç).

Öz növbəsində, “Sabah”ın potensial rəqibləri sırasına aşağıdakı
klublar daxildir: “Fiorentina” (İtaliya), “Kristal Pelas”
(İngiltərə), “Rayo Valyekano” (İspaniya), “Maynts” (Almaniya),
“Strasburq” (Fransa), həmçinin 3-cü turun qalibləri AZ
“Alkmaar”(Niderland) – “Vaduts”(Lixtenşteyn), “Rapid” (Avstriya) – “Dandi Yunayted” (Şotlandiya), “Anderlext” (Belçika) – “Şerif”
(Moldova), “Vikinq” (Norveç) – “Başakşəhər” (Türkiyə), “Partizan”
(Serbiya) – “Hibernian” (Şotlandiya), “Rakuv” (Polşa) – “Makkabi”
(Hayfa, İsrail), “Balkani”(Kosovo) – “Şemrok Rovers”(İrlandiya),
“Sent-Patriks”(İrlandiya) – “Beşiktaş”(Türkiyə), “Silkeborq”
(Danimarka) – “Yagelloniya” (Polşa), həmçinin AL-d 3-cü mərhələdə
“Panathinaikos” (Yunanıstan) – “Şaxtyor” (Ukrayna) və CFR CFR
(Rumıniya) – “Braqa” (Portuqaliya) və ÇFR(Rumıniya) – “Braqa”
cütlərinin məğlubları.

Püşkatma saat 16:00-da başlayır. Konfrans Liqasının seçmə
mərhələsinin pley-off oyunları avqustun 21 və 28-də
keçiriləcək.