Azərbaycan klubu litvalı basketbolçunu transfer edib

İdman

Bakı. Trend:

Yeni mövsümdə Azərbaycanı Avropa Kubokunda təmsil edəcək
“Abşeron Lions” heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubdan Trend
verilən məlumata görə, Litva basketbolunun tanınmış simalarından
biri – Gediminas Oreliklə müqavilə imzalanıb.




35 yaşı olan oyunçu karyerası ərzində bir çox klubların şərəfini
qoruyub. 2 metr boya malik hücumçu müxtəlif zamanlarda Türkiyənin “Banvit” və “Beşiktaş” klublarının formasını geyinib.

O, 2018-ci ildə İtaliyanın “Umara Reyer Venetsiya” klubu ilə
Avropa Kubokunda qələbə sevinci yaşayıb. Gediminas son mövsümü
Rumıniya təmsilçisi “U-BT Cluj-Napoca” klubunun heyətində
keçirərək, Euro Cup turnirinin iştirakçısı olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir