“Neftçi” Kipr klubu ilə heç-heçə etdi

İdman

Bakı. Trend:

“Neftçi” bu gün Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu
yoxlama oyununu keçirib.

Trend xəbər
verir ki, “ağ-qaralar” Kiprin AEL klubu ilə qarşılaşıblar.

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Matç Byalobjeqdə
yerləşən “Mieyski” stadionunda təşkil olunub.




Bakı klubunun heyətində qolları Bassalu Sambu və Ramil Şeydayev
vurub.

Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və
“Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras
Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir