Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib (FOTO)

İdman

Bakı. Trend:

28 iyul-1 avqust tarixlərində Bakıda, Milli Gimnastika
Arenasında ilk dəfə olaraq Avropa Gimnastikasının batut
gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat
yayıb.

Bildirilib ki, Avropa Gimnastikasının təşəbbüsü və Azərbaycan
Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutan bu
təlim-məşqə Azərbaycanla yanaşı, İtaliya, Çexiya, Danimarka və
İsveçdən olan idmançılar, məşqçilər və beynəlxalq ekspertlər
qatılıb.




Təlim-məşq toplanışının əsas məqsədi iştirakçı gimnastların
texniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də
onların beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir.
Toplanışda tamblinq və ikili-mini batut üzrə məşqlər də
keçirilib.

Təlim-məşq toplanışında Avropa Gimnastikasının batut
gimnastikası üzrə texniki komitəsinin prezidenti Babette van
Wetering, vitse-prezidenti Luis Nunes və digər ölkələrin
nümayəndələri Samuel Castro, Anette Dalsten, Sergio Lucas və Adil
Hüseynzadə ekspert qismində çıxış ediblər.

Təlim-məşq toplanışının idman yönümlü hissəsi ilə yanaşı,
iştirakçılar üçün maraqlı mədəni proqram da təşkil olunub. Ölkəmizə
gələn gimnast və ekspertlər Bakının tarixini və müasirliyini əks
etdirən görməli yerlərinə ekskursiya ediblər. Ölkəmizin zəngin
tarixi, memarlığı və müasir inkişafı haqqında ətraflı məlumat əldə
ediblər.

Spread the love