Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi

İdman

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının
Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirəcəyi səfər
oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Trend xəbər verir ki, B
qrupunun 3-cü turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər
stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da
başlanacaq.




Qeyd edək ki, U-21 seçmə mərhələnin ilk iki turu çərçivəsində
sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə,
sentyabrın 9-da isə “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə
qarşılaşacaq.