Messi ən azı 2028-ci ilə qədər “İnter Mayami”də qala bilər

İdman

Bakı. Trend:

Lionel Messi ən azı 2028-ci ilə qədər “İnter Mayami”də qala
bilər. Hücumçu və klub hazırda 2025-ci ilin sonunda başa çatacaq
müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Trend xəbər verir ki, “Marca”nın məlumatına görə, amerikalılar argentinalı futbolçuya azı
3 illik, yaxud Messi istəsə, 41 yaşına qədər oynaya biləcəyi daha
uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Messi “İnter Mayami”də qalmaq və klubla titullar qazanmaqla
yanaşı, 2026-cı il dünya çempionatına yaxşı formada hazırlaşmaq
niyyətindədir.




Gözlənilir ki, hər iki tərəf futbolçunun istədiyi müddətə
oynamaqda razıdır. Bu səbəbdən Messiyə uzunmüddətli müqavilə və
karyerasını bitirdikdən sonra klubda müəyyən bir vəzifəyə keçid
imkanı təklif olunacaq.

Müqavilənin ləğvi və karyeranın istənilən an sonlandırılması
qərarını isə tam şəkildə Messi özü verə biləcək.