“Barselona”nın futbolçusu Liqa 1-ə yenidən qayıdan klubun diqqətini çəkib

İdman

Bakı. Trend:

Ektor Fort bu mövsüm Liqa 1-ə yenidən qayıdan klubun diqqətini
çəkib.

Trend xəbər verir ki,
L’Equipe-in məlumatına görə, “Paris” klubu “Barselona”nın
müdafiəçisini transfer etmək imkanını öyrənmək üçün sorğu göndərib.
Bu addım Red Bull-un tövsiyəsi ilə atılıb.




Ötən mövsüm Fort La Liqada 17 oyunda iştirak edib, lakin
məhsuldar ötürmə və ya qol vura bilməyib.