“Turan Tovuz” Albaniya klubuna qarşı

İdman

Bakı. Trend:

“Turan Tovuz” bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində
növbəti yoxlama oyununa çıxacaq.

Trend xəbər
verir ki, komanda Albaniya təmsilçisi “Flamurtari”la üz-üzə
gələcək.Görüş saat 18:00-da başlayacaq.




“Flamurtari” ötən mövsüm Albaniya 1-ci divizionunu 2-ci pillədə
başa vurub.

Qeyd edək ki, “Turan Tovuz” bunadək “Çorum” və “Keçiörengücü”
ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0.