
Bakı. Trend:
Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında
“Brandenburq Kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub.
Trend xəbər
verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan
Babayev (60 kiloqram) də rinqə çıxıb.
O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1
(29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib. Babayev
finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.