
Bakı. Trend:
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Karvan”
transfer həyata keçirib.
Trend xəbər
verir ki, niderlandlı sağ cinah müdafiəçisi Şakil Sino ilə 1 illik
müqavilə imzalanıb.
29 yaşlı oyunçu son olaraq Maltanın “Qzira” klubunda forma
geyinib.
Karyerası ərzində Sno Niderlandın “Ayaks”, “Telstar”, Norveçin
“Aalesund”, Bolqarıstanın “Lokomotiv Plovdiv, Rumıniyanın
“Botosani” və “Mioveni” klublarının heyətində çıxış edib.

