Azərbaycan boksçusu Almaniyada gümüş medal qazanıb

İdman

Bakı. Trend:

Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında
keçirilən “Brandenburq Kuboku”nda Azərbaycan boksçusu Sübhan
Babayev final görüşünə çıxıb.

Trend xəbər verir
ki, 60 kiloqram çəkidə mübarizə aparan yığma üzvü finalda ABŞ
təmsilçisi Ellisbey Selimə məğlub olaraq gümüş medal əldə edib.




Qeyd edək ki, Sübhan Babayev turnirdə əvvəlcə Litvalı Simonas
Puniskis, Almaniyalı Nur Zakarye və İtalyan Mattia Turrinə qalib
gəlib.