
Bakı. Trend:
Formula-1 üzrə Macarıstan Qran-prisinin təsnifat mərhələsi başa
çatıb.
Trend xəbər verir
ki, sıralanma turunun qalibi “Ferrari” komandasının pilotu Şarl
Lekler olub. Monakolu sürücü əsas yarışa birinci sıradan start
verəcək.
İkinci və üçüncü yerləri isə “McLaren” komandasının pilotları
tutublar – Oskar Piastri ikinci, Lando Norris isə üçüncü yerdə
qərarlaşıb.
Son dörd mövsümün çempionu, “Red Bull” pilotu Maks Ferstappen
isə təsnifat mərhələsini yalnız 8-ci sırada tamamlayıb və yarışa
həmin mövqedən başlayacaq.
Qeyd edək ki, bu il Macarıstan Qran-prisi tarixdə 40-cı dəfə
keçiriləcək.