
Bakı. Trend:
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” komandası
növbəti yoxlama oyununu keçirib.
Trend-in məlumatına görə, Kurban Berdıyevin başçılıq etdiyi
komanda Albaniyanın “Flamurtari” klubu ilə qarşılaşıb. Görüş rəqib
komandanın minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.
Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl Türkiyənin “Keçiörengücü”
(0:0) və “Çorum” (1:1) klubları ilə heç-heçə etmişdi.
Tovuz təmsilçisi təlim-məşq toplanışı çərçivəsində növbəti
yoxlama oyununu avqustun 5-də Mərakeşin “Vidad” klubu ilə
keçirəcək.