Gənc cüdoçularımız Avropa Kubokuna uğurlu start veriblər

İdman

Bakı. Trend:

Azərbaycanın gənclərdən ibarət cüdo komandası Şimali
Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Kubokuna uğurlu
start verib.

Trend xəbər verir
ki, təmsilçilərimiz yarışın ilk günündə 2 qızıl, 1 gümüş və 1
bürünc medal qazanıblar.

Tatami üzərinə çıxan idmançılarımızdan Nihad Məmişov və Fərid
Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev və Nizami İmranov (66
kq), eləcə də Abil Yusubov (73 kq) mübarizə aparıblar.




Finalda Nihad Məmişov komanda yoldaşı Fərid Qarayevə qalib
gələrək qızıl medal qazanıb, Fərid isə gümüş medalla kifayətlənib.
Digər qızıl medalı isə 73 kq çəki dərəcəsində çıxış edən Abil
Yusubov əldə edib. Bürünc medala isə 66 kq çəki dərəcəsində yarışan
Məhəmməd Musayev layiq görülüb.

Qeyd edək ki, Avropa Kubokuna sabah yekun vurulacaq.