
Bakı. Trend:
İtaliyanın “Milan” klubu İsveçrənin “Young Boys” komandasının
müdafiəçisi Zəkari Atekameni transfer etmək niyyətindədir.
Trend xəbər verir
ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat
yayıb.
Onun sözlərinə görə, “rossonerlər” artıq futbolçunun transferi
ilə bağlı “Young Boys” klubuna 7 milyon avro dəyərində ilk rəsmi
təklif göndərib. Hazırda tərəflər arasında danışıqlar davam
edir.
20 yaşlı Qana əsilli isveçrəli müdafiəçinin “Milan”a keçməyə
maraq göstərdiyi bildirilib.
Qeyd edək ki, Zəkari Atekame 2024-cü ildən “Young Boys” klubunun
heyətində çıxış edir. O, ötən mövsüm İsveçrə çempionatında 30 oyun
keçirib və 2 qol ötürməsi ilə yadda qalıb.