“Leypziq” Şeşko üçün “Nyukasl”ın 80 milyon avroluq təklifini rədd edib

İdman

Bakı. Trend:

Almaniyanın “Leypziq” klubu sloveniya əsilli hücumçu Benjamin
Şeşko üçün “Nyukasl Yunayted” klubunun etdiyi təklifi qəbul
etməyib.

Trend xəbər verir
ki, İngiltərə təmsilçisi futbolçu üçün 75 milyon avro və əlavə 5
milyon avro bonus təklif edib. Lakin “The Athletic” nəşrinin
məlumatına görə, “Leypziq” bu məbləğlə razılaşmayaraq daha yüksək
transfer haqqı tələb edir.




Qeyd edək ki, 22 yaşlı Şeşko 2024/25 mövsümündə “Leypziq”in ən
yaxşı bombardiri olub və Avropa klublarının diqqət
mərkəzindədir.