İqor Ribeyro yaxın günlərdə “Neftçi”yə qoşulacaq

İdman

Bakı. Trend:

Braziliyalı müdafiəçi İqor Ribeyro yaxın günlərdə “Neftçi”nin
düşərgəsinə qoşulacaq.

Trend xəbər verir
ki, daha əvvəl Bakı təmsilçisi ilə müqavilə imzalayan 28 yaşlı
futbolçu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
“Araz-Naxçıvan”ın heyətində Yunanıstanın “Aris” klubuna qarşı
keçirilən hər iki oyunda iştirak edib (2:1, 2:2).

Futbolçunun Konfrans Liqasının III təsnifat mərhələsində
“Omoniya” ilə görüşlərədək komandadan ayrılacağı gözlənilir. Bu
məsələ ilə bağlı klublar arasında müzakirələr aparılıb.




Qeyd edək ki, Ribeyro Yunanıstandakı cavab görüşündə birbaşa
qırmızı vərəqə aldığı üçün “Omoniya”ya qarşı ən azı bir oyunu
buraxacaq. Onun qarşıdakı həftə “Neftçi” ilə məşqlərə başlayacağı
ehtimal olunur.

Xatırladaq ki, İqor Ribeyronun “Neftçi” ilə müqaviləsi 2026/27
mövsümünün sonuna qədər qüvvədədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir