Messi zədələndi

İdman

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi zədələnib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 38 yaşlı hücumçu Liqa Kubokunun II turunda “Nekaksa” ilə oyunda sıradan çıxıb.

Matçın əvvəlində diz nahiyyəsində ağrı hiss edən təcrübəli oyunçu 11-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Xavyer Maskerano ulduz futbolçunun durumuna bu gün aydınlıq gələcəyini bildirib. Onun sözlərinə görə, Messinin ağrıları az olduğundan zədəsinin ciddi olmadığı ehtimal edilir.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Milli.Az

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir