“Karvan-Yevlax” klubu futbolçusu ilə müqaviləni yeniləyib

İdman

Bakı. Trend:

Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək
“Karvan-Yevlax” komandası futbolçusu İbrahim Qədirzadə ilə
müqavilənin müddətini uzadıb.

Trend-in
məlumatına görə, bu barədə kıubun mətbuat xidməti bildirib.




Məlumata əsasən, yarımmüdafiəçi ilə 1 illik yeni anlaşma
imzalanıb.

İ. Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun
keçirib və 3 qol ötürməsi ilə yadda qalıb.