Gənc cüdoçularımız Avropa Kubokunun ilk günündə 4 medal qazanıblar (FOTO)

İdman

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında
Avropa Kuboku start götürüb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış
günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb. Nihad Məmişov (60
kiloqram) və Əbil Yusubov (73 kiloqram) bütün rəqiblərinə qalib
gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (60 kiloqram)
gümüş, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc mükafata sahib
çıxıblar.




Hələlik aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan
Azərbaycan ümumi komanda hesabında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 26 ölkədən 226 idmançının qatıldığı turnirə bu gün
yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir