"Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi müəyyənləşdi

İdman

“Formula 1” üzrə Macarıstan Qran-prisinin qalibi bəlli olub.

Modern.az-ın məlumatına görə, “Maklaren”in pilotu Lando Norris bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Oskar Piastri ikinci yeri tutub.

İlk “üçlüy”ü “Mersedes”dən Corc Rassel Şarl Lekler qapayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.